reklam
Əfsanəvi Stoiçkov Bakıda -
Sportfm.az xəbər saytı

Əfsanəvi Stoiçkov Bakıda -FOTO


Bakı Olimpiya Stadionunda FIFA-nın dəstəyi və AFFA-nın təşkilatçılığı ilə “Boots for All” festivalı baş tutub.

Sportfm.az xəbər verir ki, fiziki tərbiyə müəllimləri üçün təşkil olunan ikigünlük metodik seminarın yekununa həsr olunan tədbirdə 120-dən artıq məktəbli ilə yanaşı, dünya futbolunun əfsanəsi, bolqarıstanlı sabiq hücumçu Xristo Stoiçkov da qonaq qismində iştirak edib.

Açılış mərasimində çıxış edən Stoiçkov uşaqlara idmanın həyatlarındakı müsbət rolundan bəhs edərək onları futboldan zövq almağa və arzularının arxasınca ruhla getməyə səsləyib. AFFA-nın baş katibi Cahangir Fərəcullayev də öz növbəsində qonaqlara minnətdarlığını çatdırıb. Tədbirin sonunda Fərəcullayev və İcraiyyə Komitəsinin üzvü Leyla Xəlilova Rzazadə FIFA nümayəndələrinə xatirə hədiyyələri təqdim ediblər.

Festivalın ən yaddaqalan məqamı isə iştirak edən bütün uşaqlara FIFA tərəfindən xüsusi futbol butslarının hədiyyə olunması olub.

Oxşar xəbərlər

FİFA nümayəndələrinin iştirakı ilə seminar keçirilib - FOTO
AFFA-nın baş katibinə UEFA-da vəzifə verildi
AFFA-nın baş katibi FİFA-nın sammitində
Qazaxda kütləvi futbol festivalı
FİFA nümayəndəsindən AFFA-ya hədiyyə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər