reklam
Sportfm.az xəbər saytı

"Araz-Naxçıvan" son oyuna çıxır -Çempionlar Liqası


"Araz-Naxçıvan" futzal komandası bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci qrupunda son oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, Naxçıvan təmsilçisi Polşa çempionu "Piast"la üz-üzə gələcək.

Görüş Polşanın Qlivise şəhərindəki "Prezero Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da start götürəcək.

Qeyd edək ki, ilk görüşdə Macarıstanın "Uypeşt" komandasına 5:4 hesabı ilə qalib gələn Azərbaycan çempionu 2-ci turda Bosniya və Herseqovina təmsilçisi "Buba Mara"ya uduzub - 3:5.

Qrupda yalnız 1-ci yeri tutan komanda 1/8 finala yüksəlir.

Komandaların xal durumu: "Piast" – 4 xal, "Bubamara" - 3 xal, "Araz-Naxçıvan" - 3 xal, "Uypeşt" – 0 xal.

Oxşar xəbərlər

“Araz-Naxçıvan” “Uypeşt”i məğlub etdi - Çempionlar Liqası
“Araz-Naxçıvan” bu gün ilk oyununa çıxacaq - Çempionlar Liqası
"Araz-Naxçıvan" Polşaya bu heyətlə yollandı - SİYAHI
“Araz-Naxçıvan”ın oyunlarının təqvimi açıqlandı - Çempionlar Liqası
"Araz-Naxçıvan"ın bütün rəqibləri məlum oldu - Çempionlar Liqası

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər