Son iki güləşçimiz mübarizəyə başlayır -Dünya çempionatı
Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında bu gün Azərbaycanın son iki sərbəst güləşçisi mübarizəyə başlayacaq.
Sportfm.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya) cütünün qalibi ilə üz-üzə gələcək.
97 kq-dakı İslam İlyasov isə Aleksandr Xuştinlə (Belarus) güləşəcək.
70 kq
1/8 final: Turan Bayramov - Adam Batırov (Bəhreyn) / Zaur Əfəndiyev (Serbiya)
97 kq
1/8 final: İslam İlyasov - Aleksandr Xuştin (Belarus)
Bu ün həmçinin 92 kq-da yarışan Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşə çıxacaq. O, Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus) duelinin güclüsü ilə qarşılaşacaq. Təsnifat qarşılaşmaları Bakı vaxtı ilə saat 12:30-da, medal mübarizələri isə saat 20:00-da start götürəcək.
92 kq
Bürünc medal görüşü: Osman Nurməhəmmədov - Hyeokbeom Qvon (Koreya) / Omarhacı Məhəmmədov (Belarus)
Qeyd edək ki, hələlik Azərbaycanın sərbəst güləşçilərindən yalnız Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Avropa çempionatı
Son 3 güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya çempionatı
Azərbaycanlı güləşçi yarımfinala çıxdı - Dünya çempionatı
Güləşçilərimizin rəqibləri müəyyənləşdi - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA















Misli Premyer Liqası