Azərbaycanlı güləşçi yarımfinala çıxdı -Dünya çempionatı
Azərbaycanın son iki sərbəst güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında mübarizəyə qoşulub.
Sportfm.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən Turan Bayramov 1/8 final mərhələsində Adam Batırova (Bəhreyn) qalib gəlib. O, 1/4 finalda Ceyms Qrini (ABŞ) də məğlubiyyətə uğradaraq, yarımfinala yüksəlib.
97 kq-da mübarizə aparan İslam İlyasov 1/8 final mərhələsində Aleksandr Xuştinlə (Belarus) bacarmayıb. Xuştin finala çıxsa, İlyasov sabah təsəlliverici görüşlərə qatılacaq.
Yarımfinallar Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Bu gün 92 kq-da yarışan Osman Nurməhəmmədov da bürünc medal uğrunda görüşə çıxacaq. O, Omarhacı Məhəmmədovla (Belarus) qarşılaşacaq. Medal görüşlərinə Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Azərbaycanın sərbəst güləşçilərindən hələ ki, təkcə Abubakr Abakarov (86 kq) bürünc medal qazanıb.
Oxşar xəbərlər
Azərbaycanın daha bir güləşçisindən bürünc - Dünya çempionatı
Qadın güləşçilərimiz mübarizəyə başlayır - Dünya çempionatı
İslam İlyasov medalsız qaldı - uğursuzluq
Son iki güləşçimiz mübarizəyə başlayır - Dünya çempionatı
Güləşçilərimizin rəqibləri müəyyənləşdi - Dünya çempionatı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA














Misli Premyer Liqası