reklam
Milliyə 27 futbolçu çağırıldı -
Sportfm.az xəbər saytı

Milliyə 27 futbolçu çağırıldı -SİYAHI


Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteyn və yoldaşlıq oyunu çərçivəsində Andorra millisi ilə keçiriləcək oyunlar üçün heyəti açıqlayıb.

Sportfm.az AFFA-nın saytına istinadən 27 nəfərlik siyahıda İtaliyanın B seriyası təmsilçisi "Sampdoriya" klubunda çıxış edən Lorenzo Mezzotero da var. Daha əvvəl Azərbaycanın U-21 millisinə çağırılan 18 yaşlı hücumçu ilk dəfə əsas yığmaya dəvət alır.

Bundan başqa, Eşqin Əhmədov ("Qəbələ") və Nihad Əhmədzadə ("Sumqayıt") də ilk dəfə əsas milliyə çağırılıb.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev (“Qarabağ”), Aydın Bayramov (“Zirə”), Emil Balayev (“Neftçi”)

Müdafiəçilər: Bədavi Hüseynov (“Qarabağ”), Elvin Bədəlov (“Neftçi”), Anton Krivotsyuk (“Tedjon Hana Sitizen”, Cənubi Koreya), Rahil Məmmədov (“Turan Tovuz”), Rəhman Daşdəmirov (“Sabah”), Rüfət Abbasov (“Neftçi”), Toral Bayramov (“Bursaspor”, Türkiyə), Eşqin Əhmədov (“Qəbələ”), Tellur Mütəllimov (“Sabah”), Qismət Alıyev (“Zirə”)

Yarımmüdafiəçilər: Oruc Məmmədov (“Şamaxı”), Fərid Yusifli (“Şəfa”), Rüfət Abdullazadə (“Hapoel Kiryat Şimona”, İsrail), Namik Ələsgərov (“Kəpəz”), Murad Məmmədov (“Pafos”, Kipr), Abdulla Xaybullayev (“Sabah”), Aleksey İsayev (“Sabah”), Xəyal Əliyev (“Sabah”), Emil Mustafayev (“Sumqayıt”), Emin Mahmudov (“Neftçi”), Nihat Əhmədzadə (“Sumqayıt”)

Hücumçular: Lorenzo Mezzotero (“Sampdoriya”, İtaliya), Mahir Emreli (“Rakuv”, Polşa), Musa Qurbanlı (“Qarabağ”)

Qeyd edək ki, Azərbaycan millisi noyabrın 13-də Lixtenşteynlə, noyabrın 16-da isə Andorra yığması ilə qarşılaşacaq. Hər iki görüş səfərdə keçiriləcək.

Oxşar xəbərlər

7 futbolçu milli komandamızdan göndərildi
Azərbaycan millisinin heyəti açıqlandı - SİYAHI
Millimizin heyəti açıqlandı - SİYAHI
Millimizin İslandiya və Fransa ilə oyunlar üçün heyəti - SİYAHI
Fransa və Ukrayna ilə oyunlar üçün heyətimiz açıqlandı - SİYAHI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər