reklam
Son 3 güləşçimiz mübarizəyə başlayır -
Sportfm.az xəbər saytı

Son 3 güləşçimiz mübarizəyə başlayır -Dünya çempionatı


Norveçin paytaxtı Oslodakı dünya çempionatında bu gün Azərbaycanın daha 3 yuna-Roma güləşçisi mübarizəyə qoşulacaq.

Sportfm.az xəbər verir ki, yarışın 8-ci günündə Taleh Məmmədov, Həsrət Cəfərov və İslam Abbasov qüvvəsini sınayacaq.

63 kq-da çıxış edən Məmmədovun ilk görüşü 1/8 finala təsadüf edəcək. Onun rəqibi türkiyəli Mehmet Çeker olacaq.

67 kq çəki dərəcəsindəki Cəfərov mübarizəyə təsnifat mərhələsindən başlayacaq. Gənclər arasında dünya çempionu və I MDB Oyunlarının qalibi ABŞ təmsilçisi Peyton Omonya ilə üz-üzə gələcək.

87 kq-da yarışan Abbasov isə 1/8 finalda gürcüstanlı Laşa Qobadze ilə münasibətlərinə aydınlıq gətirəcək.

63 kq

1/8 final: Taleh Məmmədov - Mehmet Çeker (Türkiyə)

67 kq

Təsnifat: Həsrət Cəfərov - Peyton Omanya (ABŞ)

87 kq

1/8 final: İslam Abbasov - Laşa Qobadze (Gürcüstan)

Bu gün həmçinin digər yunan-Roma güləşçisi Murad Məmmədov bürünc medal qarşılaşmasına çıxacaq. 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 3-cü yer uğrunda görüşdə Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.

60 kq

Bürünc medal görüşü: Murad Məmmədov - Maksim Kajarski (Belarus) / İrakli Dzimistarişvili (Gürcüstan) cütünün qalibi

Qeyd edək ki, indiyədək Azərbaycanın sərbəst güləşçilərdən Abubakr Abakarov (86 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşçilər yarışı medalsız bitirib. Yunan-Roma güləşçilərindən isə Rafiq Hüseynov (82 kq) qızıl, Sənan Süleymanov (77 kq) gümüş, Eldəniz Əzizli (55 kq) isə bürünc medal əldə edib.

Oxşar xəbərlər

Rafiq Hüseynov mübarizəyə başlayır - Avropa çempionatı
5 yunan-Roma güləşçimiz medal qazana bilər - Avropa çempionatı
Azərbaycanın yunan-Roma güləşçiləri mübarizəyə başlayır - Avropa çempionatı
Güləşçilərimiz bürünc medal uğrunda yarışacaq - Dünya çempionatı
Azərbaycanın daha bir güləşçisindən bürünc - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər