reklam
Koronavirusla mübarizə üçün xeyriyyə matçı keçiriləcək -
Sportfm.az xəbər saytı

Koronavirusla mübarizə üçün xeyriyyə matçı keçiriləcək -FIFA prezidenti bildirdi


FIFA Fondu tarixi ərzində ilk dəfə rəsmi futbol matçı təşkil edəcək.

Sportfm.az xəbər verir ki, oyunun təşkilində əsas məqsəd diaqnostika, terapiya və vaksinlər də daxil olmaqla, koronavirusun müalicəsində yeni vacib texnologiyaların inkişafını və istehsalını sürətləndirmək üçün qlobal əməkdaşlıq etməkdir.

Aksiya ilə bağlı fikirlərini bölüşən FIFA prezidenti Canni İnfantino bildirib ki, pandemiya ilə mübarizədə iştirak etmək və görülən işləri dəstəkləmək üçün həmrəylik nümayiş etdirmək niyyətindədirlər: "Biz bir neçə digər kampaniyalar vasitəsilə maarifləndirmə işlərində fəal iştirak etmiş və bu problemin həllinə maliyyə töhfəsi vermişik. İndi isə sağlamlıqla bağlı vəziyyət imkan verdikdə, hətta bu, bir neçə aydan sonra olsa belə, qlobal maliyyə yardımı toplama aksiyası təşkil etməyi özümüzə borc bilirik".

 

Oxşar xəbərlər

AFFA prezidenti İnfantino ilə görüşdü - FOTO
FIFA futbola sərmayəni artırdı - 5 dəfə
"Pandemiya çətinliklərə səbəb oldu" - Canni İnfantino
"Koronavirusla "matç"dan qalib ayrılmalıyıq" - FIFA prezidenti
FİFA virusla mübarizə üçün pul ayırdı - 10 milyon

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər