"Koronavirusla "matç"dan qalib ayrılmalıyıq" -FIFA prezidenti
"Belə çətin dövrdə hamımızın bir ümumi böyük rəqibimiz var. Bu, COVID-19 koronavirusudur".
Sportfm.az xəbər verir ki, bunu FIFA prezidenti Canni İnfantino futbol ictimaiyyətinə müraciətində deyib. O bildirib ki, futbol ictimaiyyəti həmrəylik, birlik nümayiş etdirməlidir: "Biz hamımız birgə, vahid komanda kimi işləməliyik. Bu, qlobal problemdir. Dünyəvi problemlər isə qlobal qərarlar tələb edir. Biz birlikdə işləməliyik. Koronavirusla mübarizə - bizim prioritetimizdir, futbol isə indi ikinci plana keçir. İlk növbədə, koronavirusla "matç"dan qalib ayrılmalı, sonra isə futbolla bağlı işlərə qayıtmalıyıq".
Qeyd edək ki, koronavirus pandemiyası ilə əlaqədar Avropa çempionatı 2021-ci il 11 iyun - 11 iyula, Çempionlar Liqası və Avropa Liqası isə qeyri-müəyyən müddətə təxirə salınıb. Əksər ölkələrdə, o cümlədən Azərbaycanda bütün çempionatlar dayandırılıb.
Oxşar xəbərlər
“Dünya çempionatı keçiriləcək” - Canni İnfantino
Koronavirusla mübarizə üçün xeyriyyə matçı keçiriləcək - FIFA prezidenti bildirdi
FİFA prezidenti: "Bir oyun insan həyatından dəyərli deyil"
Asiya Kuboku təxirə salındı
Azad Rəhimov: "İdmançılarımıza koronavirusla əlaqədar heç bir məhdudiyyət..."
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Riçard Almeyda “Qarabağ”da işə başladı
-
Rəhim Həsənov müahisəli epizodları şərh etdi - VİDEO
-
Gülər Hüseynova finala yüksəldi - Yeniyetmələrin Yay Olimpiya Oyunları
-
AMADA qızlarımıza anti-dopinq seminarı keçdi
-
Azərbaycan basketbol millisi biabırçı hesabla məğlub oldu
-
"Ordu" ilk oyununda qələbə qazandı - CEV Çelenc Kuboku















Misli Premyer Liqası