"Pandemiya çətinliklərə səbəb oldu" -Canni İnfantino
“Pandemiya bütün futbol ictimaiyyəti üçün görünməmiş çətinliklərə səbəb oldu”.
Sportfm.az xəbər verir ki, bunu FIFA-nn prezidenti Canni İnfantino ali futbol qurumunun rəsmi saytına açıqlamasında deyib.
Funksioner bildirib ki, dünya futbolunun idarəedici orqanı olan FIFA-nın vəzifəsi kəskin ehtiyacı olanlara dəstək olmaqdır: “Bu, quruma üzv olan federasiyalara təcili maddi yardım göstərməkdən başlayır. Bütün futbol ictimaiyyətindəki fövqəladə vəziyyətə cavab vermək üçün hazırladığımız maliyyə yardımı planın ilk hissəsidir. Paylaşdırdıqlarımızla birlikdə, itkiləri də qiymətləndiririk, ən uyğun və təsirli vasitələr üzərində çalışırıq. Bu yardım planının digər mərhələlərini də həyata keçirəcəyik”.
Qeyd edək ki, FIFA 211 üzv milli assosiasiyaya 150 milyon ABŞ dolları ayırıb.
Oxşar xəbərlər
FIFA milli federasiyalara 1,5 milyard dollar ödədi - AÇIQLAMA
AFFA 1.5 milyon dollar əldə edəcək - FİFA-dan yardım
"Beynəlxalq təqvimlə bağlı qərar verməyə yaxınıq" - Canni İnfantino
UEFA prezidenti FIFA qınadı
FİFA virusla mübarizə üçün pul ayırdı - 10 milyon
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası