reklam
FİFA virusla mübarizə üçün pul ayırdı -
Sportfm.az xəbər saytı

FİFA virusla mübarizə üçün pul ayırdı -10 milyon


FİFA koronavirus pandemiyası ilə mübarizə üçün Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) maliyyə yardımı edəcək.

Sportfm.az xəbər verir ki, bu barədə FİFA prezidenti Canni İnfantino qurumun rəsmi saytına açıqlamasında deyib.

Onun sözlərinə görə, ali futbol qurumu ÜST-ün hesabına 10 milyon ABŞ dolları köçürəcək.

Bundan əlavə, FIFA koronavirusun yayılması ilə bağlı vəziyyətin inkişafını izləməkdən ötrü İşçi Qrup yaradacaq. İşçi Qrup pandemiyanın nəticələrinin aradan qaldırılması istiqamətində ümumi yanaşma hazırlamağa çalışacaq. Müvafiq qərarı Canni İnfantinonun rəhbərlik etdiyi FIFA Şurasının bürosu qəbul edib.

Qeyd edək ki, dünyada koronavirus pandemiyasının qurbanlarının sayı 8 mini keçib.

Oxşar xəbərlər

FIFA rəhbəri 2,69 milyon maaş alır
FIFA milli federasiyalara 1,5 milyard dollar ödədi - AÇIQLAMA
FIFA futbola sərmayəni artırdı - 5 dəfə
İnfantino yenidən FIFA prezidenti seçildi
FİFA-nın başçısı vəzifəsinə yeganə namizəd - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər