Azərbaycan yığmasının sabiq üzvü:"Gəlib Bakıda neyləyəcəm?"
"Heç kəsə müraciət etməmişəm, evdəyəm, dincəlirəm".
Sportfm.az xəbər verir ki, bu sözləri millinin keçmiş futbolçusu Mahir Şükürov deyib.
Bir neçə saat öncə xəbər verdiyimiz kimi, o, Türkiyədə problemlə üzləşib. Bir neçə gündür İstanbulda qalıb və Azərbaycana qayıda bilmir. Şəxsi işləri ilə əlaqədar qonşu ölkəyə yollanan «Neftçi»nin sabiq müdafiəçisi uçuşların koronavirusa görə təxirə salınması səbəbindən plarını dəyişmək məcburiyyətində qalıb.
Mahir bildirib kt, İstanbulda darıxmır: «Televizora çox baxmıram, çünki hara baxırsan, koronavirusdan danışırlar. Bu da insana psixoloji təsir edir. Yollar bir aya, iki aya, nə vaxt açılsa, onda gələcəm.
Guya, gəlib Bakıda neyləyəcəm? Onsuz da, mən çox vaxt İstanbulda olurdum. Türkiyə də ikinci vətənimdir. Bu baxımdan problem yoxdur. Əsas insanların sağlamlığıdır.
Hər kəs karantin rejiminə əməl etsin. İnşallah, tezliklə bu virus bəlası qurtarsın, insanlar öz işlərinə qayıtsın. Oynadığım klubların prezidentləri sağ olsun, vaxtında verdikləri pullarla özmüzə şərait qurmuşuq.
Vaxtında deyirdilər ki, indi oynayın, zamanı gələndə istirahət edərsiz. Biz də canla-başla oynayırdıq, indi də yığdığımız pulların bəhrəsin görürük, dolanırıq.
Pis-yaxşı özümə şərait qurmuşam. İzmirlə yanaşı, İstanbulda da ev almışam».(sportinfo.az)
Oxşar xəbərlər
U-16 Liqası: Mərkəzi oyun Binədə olacaq
"Viləş" Masallıda bərabərə qaldı
U-16 Liqası: Mərkəzi oyun Binədə olacaq
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
U-16 Liqası: «Keşlə» autsayderə qalib gələ bilmədi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası