reklam
U-16 Liqası: «Keşlə» autsayderə qalib gələ bilmədi
Sportfm.az xəbər saytı

U-16 Liqası: «Keşlə» autsayderə qalib gələ bilmədi


Dünən U-16 Liqasında 19-cu turun oyunları keçirildi.

Sportfm.az xəbər verir ki, «Qəbələ»nin U-16 komandasının bir neçə futbolçusunun bu klubun 15 yaşlılardan ibarət komandası ilə birlikdə Gürcüstanda keçirilən turnirə yollanmasına görə «Qəbələ» - «Vətən» matçı təxirə salınıb.  Turun digər 4 oyununda gözlənilməz nəticələr qeydə alınıb. Sensasiya «Səbail» - «Keşlə» oyununda olub. Əvvəlcədən qonaqların qalib gələcəyi gözlənilsə də, bu, baş verməyib. Eyni sözləri «Sumqayıt» - «Neftçi» İK İB oyunu haqqında da demək olar. «Qarabağ» çətin Tovuz səfərindən qalib ayrılıb. Turun mərkəzi matçında isə «Zirə» «Neftçi»ni məğlub etməyi bacarıb:

«Zirə» - «Neftçi» 3:1

«Səbail» - «Keşlə» 1:1

«Turan» - «Qarabağ» 1:4

«Sumqayıt» - «Neftçi» İK İB 1:1 

Bombardirlər: Emil Quluzadə («Vətən, Fərid Xasıyev («Turan») – 11 qol, Şahmar Cəfərli («Keşlə») – 10 qol.

U-16 Liqasında 20-ci turun oyunları fevralın 15-də keçiriləcək: «Neftçi» İK İB- «Səbail», «Keşlə» - «Zirə», «Neftçi» - «Qəbələ», «Vətən» - «Turan», «Qarabağ» - «Kəpəz». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik. 

«Het-trik news» qəzeti

Oxşar xəbərlər

U-16 Liqası: "Bürünc""Neftçi"!
U-16 Liqası: "Kiçik qardaş" "Böyük qardaş"ı məğlub etdi
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
U-16 Liqası: 18-ci turda 3 gözlənilməz nəticə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər