U-16 Liqası:Mərkəzi oyun Binədə olacaq
Bu gün U-16 Liqasında 20-ci turun oyunları keçiriləcək.
Sportfm.az xəbər verir ki, Binə qəsəbə stadionunda baş tutacaq «Neftçi» - «Qəbələ» matçı turun ən çox maraq doğuran qarşılaşmasıdır. 3-cü pillənin sahibi ilə liderin «çəkişməsi»nin kifayət qədər maraqlı keçəcəyi gözlənilir.
«Keşlə» - «Zirə» və «Qarabağ» - «Kəpəz» matçları haqqında da eyni sözləri demək lazımdır. Digər 2 oyunda «Vətən»in «Turan» qarşısında hansısa çətinlik çəkəcəyi inandırıcı dyil. «Neftçi» İK İB – «Səbail» matçında isə üstün tərəf kimi meydan sahibləri görünürlər. Yeri gəlmişkən, 11 komandanın mübarizə apardığı U-16 Liqasında bu tur «Sumqayıt» istirahət edir.
15 fevral (cümə axşamı)
12:30 «Neftçi» - «Qəbələ» (Binə qəsəbə stadionu)
13:00 «Keşlə» - «Zirə» («İnter Arena», 4-cü meydan)
14:00 «Neftçi» İK İB – «Səbail» (Lökbatan OİK-nin stadionu)
14:00 «Vətən» - «Turan» («Neftçi Baza»)
15:00 «Qarabağ» - «Kəpəz» (Binə qəsəbə stadionu)
Cəza səbəbindən turu buraxacaq futbolçular: Fərid Qasımov («Qarabağ»), Fərid Muxtarov («Keşlə»), Mahir Həsənov («Neftçi»), Mirvahid Mustafazadə («Neftçi» İK İB).
«Het-trik news» qəzeti
Oxşar xəbərlər
U-16 Liqası: "Vətən" çempionu məğlub edə biləcəkmi?
U-16 Liqası: Mərkəzi oyun Binədə olacaq
Mərkəzi oyun "Neftçi Baza"da baş tutacaq
U-16 Liqası, 21-ci tur: Tovuzda derbi var
U-17 Liqası: Mərkəzi oyunda bərabərlik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası