reklam
“Çempionatı dayandırın!” –
Sportfm.az xəbər saytı

“Çempionatı dayandırın!” –Futbolçu fəryad etdi


Belarusun “Rux” klubunun futbolçusu Joao Villiam ölkədə çempionatın davam etdirilməsindən narahatdır.

Sportfm.az xəbər verir ki, Belarus Premyer Liqası Avropada fəaliyyətini davam etdirən yeganə çempionatdır.

Braziliyalı Villiam UOL nəşrinə müsahibəsində deyib: “Ümid edirəm ki, çempionat dayandırılacaq. Mən bir az qorxuram. Oyun zamanı narahatlıq keçirmirəm. Amma final fiti səslənən kimi sual yaranır: mən virusa yoluxmamışam ki? Mən müdafiəçiyəm. Rəqibimə toxunmaya bilmərəm. Bu, bütün oyun boyu baş verir. Mənim anam, atam və həyat yoldaşım zəng vurub xahiş edirlər ki, oteldən çıxmayım. Problem odur ki, burda hamı sakitdir, insanlar maskasız gəzirlər, özlərini adi günlərdəki kimi aparırlar. Mənim agentim deyir ki, gələn həftə çempionatın dayandırılması mümkündür. Ailəm və mən özüm narahatam. Çempionatın dayandırılması mənim və hamının səhhəti üçün yaxşıdır”.(qol.az)

 

Oxşar xəbərlər

“Koronavirus pandemiyası hər şeyi alt-üst etdi” – “Qəbələ”nin legioneri
Mövsümün bərpasına icazə verildi
Azərbaycan klubları meydana çıxmaq istəmir - "Çempionatı dayandırın"
"Çempionat ləğv oluna bilər" - Ramin Musayev
İrqçiliyə görə matçların dayandırılması proseduru sadələşdiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər