Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millimiz son matçına çıxır -Millətlər Liqası
Azərbaycan futbol millisi bu gün UEFA Millətlər Liqasının qrup mərhələsində son oyununu keçirəcək.
Sportfm.az xəbər verir ki, D Liqasının 2-ci qrupunda mübarizə aparan yığmamız səfərdə Lixtenşteynlə qarşılaşacaq.
Vaduts şəhərindəki “Reynpark” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Ayxan Abbasovun baş məşqçis olduğu Azərbaycan millisi hazırda 3 oyundan 5 xalla qrup lideridir. Litva 4 xalla ikinci, Lixtenşteyn isə 1 xalla üçüncü pillədə qərarlaşıb.
Yığmamız Lixtenşteynə qalib gələcəyi təqdirdə qrupun son oyununun nəticəsindən asılı olmayaraq, qrupu birinci yerdə başa vuracaq.
Əlavə edək ki, yeni mövsümdən etibarən Millətlər Liqasında D Liqası ləğv olunacaq. Odur ki, Azərbaycan millisi də daxil olmaqla, bu liqada yarışan bütün komandalar növbəti mövsüm UEFA Millətlər Liqasının yeni formatda keçiriləcək C Liqasında mübarizə aparacaqlar.
13 noyabr
23:45. Lixtenşteyn - Azərbaycan
Baş hakim: Kristo Tohver (Estoniya)
“Rheinpark” stadionu, Vaduz

Oxşar xəbərlər
Millimiz Litvaya qarşı - Millətlər Liqası
Millimiz evdə Lixtenşteynə qalib gələ billmədi
Azərbaycan millisi Lixtenşteynə qarşı - Millətlər Liqası
Azərbaycan millisi mübarizəyə başlayır - Millətlər Liqası
Azərbaycan millisi Farer adalarına qarşı - Millətlər Liqası
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası