İrqçiliyə görə matçların dayandırılması proseduru sadələşdiriləcək
İtaliya Futbol Federasiyasının prezidenti Qabriyele Qravina bildirib ki, irqçilik hallarına görə matçların dayandırılması proseduru sadələşdiriləcək.
Sportfm.az xəbər verir ki, ölkənin daxili işlər naziri Matteo Salvini isə daha əvvəl bildirib ki, oyunların dayandırılması ideyasını “təhlükəli fikir” hesab edir.
Q.Qravina deyib: “Mən nazirin rəyinə hörmətlə yanaşıram, lakin federasiya FIFA və UEFA-nın reqlamentlərinə riayət etməlidir. Biz İcraiyyə Komitəsinin növbəti iclasında matçların dayandırılması prosedurunu sadələşdirmək niyyətindəyik”.
“La Gazzetta dello Sport” nəşri Q.Qravinanın bu sözlərini sitat gətirib: “Diktor stadionda müvafiq elanı edəndən sonra matç müvəqqəti dayandırılacaq, oyunçular isə mərkəzi dairəyə toplaşacaqlar. Əgər tamaşaçıların hay-küyü davam etsə, komanda soyunub-geyinmə otağına yollanacaq. Matçın davam etməsi və ya dayandırılması barədə qərar stadionun təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən qəbul ediləcək”.
Oxşar xəbərlər
Fərid Mansurov Premyer Liqadan danışdı:"İclasda iştirak etsəydim..."
AFFA baş məşqçi ilə bağlı açıqlama yaydı - RƏSMİ
Ölkə çempionatı 20 mayda bərpa ediləcək - Açıqlama
“Çempionatı dayandırın!” – Futbolçu fəryad etdi
Dövlət Mühafizə Xidmətinin əməkdaşları UEFA-nın sammitində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası