reklam
Azərbaycanlı məşqçinin vaxtilə çalışdırdığı klubda oyun alqı-satqısı -
Sportfm.az xəbər saytı

Azərbaycanlı məşqçinin vaxtilə çalışdırdığı klubda oyun alqı-satqısı -3 futbolçu diskvalifikasiya olundu


Rusiya Futbol İttifaqının Etika Komitəsi III Divizionda mübarizə aparan "Maşuk KMV"nin 3 futbolçusunu diskvalifikasiya edib.

Sportfm.az xəbər verir ki, buna həmin futbolçuların çempionatdakı oyunlara pul qoyuluşu etmələri səbəb olub.

"Üç futbolçu öz komandalarının oyunlarına, eləcə də digər matçlara pul qoyuluşu etməklə qaydaları pozub. Dərhal Anzor Kavazaşvilinin başçılığı ilə işçi qrupu yaradıldı.

Futbolçularla danışdıqdan sonra onları cəzalandırmağı qərara aldıq" - deyə Etika Komitəsinin sədri Semyon Andreyev bildirib.

Qərara əsasən, qapıçı Yaroslav Maloletkov və müdafiəçi Roman Demidov futboldan 1 il, digər futbolçu Daniil Lezgintsev 2 il müddətinə uzaqlaşdırılıb.

Adıçəkilən futbolçulardan Yaroslav Maloletka "Mordoviya" klubunun, digər ikisi isə öz komandalarının oyunlarına pul qoyuluşu ediblər. 2006-2007-ci illərdə "Maşuk KMV"də azərbaycanlı mütəxəssis İqor Ponomaryov baş məşqçi kimi çalışıb.

Oxşar xəbərlər

Pul qoyuluşu etdiyi üçün futboldan qovulacaq
İqor Ponomaryova yeni vəzifə verildi - "Sabah"da
Əfsanə futbolçu oyunlara pul qoyuluşu edirmiş - Cəzalandı
"Paltardəyişmə otağı xəstəxanaya çevrilib" - Samir Ələkbərov
Oyunlara pul qoyuluşu edən futbolçular cəzalandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər