"Paltardəyişmə otağı xəstəxanaya çevrilib" -Samir Ələkbərov
“Futbolçular meydanda əziyyət çəkdiyi kimi, mən də çətinliklə üzləşirəm.Səhvlərimiz var və bunun üzərində işləməliyik”.
Sportfm.az xəbər verir ki, bu sözləri Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Samir Ələkbərov Avro-2019-un seçmə mərhələsində Almaniya yığmasına 0:7 hesabı ilə uduzduqları oyundan sonra deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Komandada istək yox idi. Bu, nə ilə bağlı idi?
- Bəli, istək var idi, hazırlaşmışdıq, lakin bacarmadıq. Komanda birinci dəqiqədə qol buraxdığı üçün həvəsdən düşdü.
- Düşünmürsünüz ki, milliyə gəlişiniz düzgün deyildi?
- Kimsə bu yükün altına girməli idi. Təssüfflənmirəm.
- Yayılan xəbərlərə görə, futbolçularımız oyuna pul qoyuluşu ediblər. Bu məsələ ilə bağlı nə deyə bilərsiniz?
- Mən futbolçuların oyuna pul qoyuluşu edəcəyinə inanmıram. Mümkün deyil.
- Renat Dadaşov sanki oynamaq istəmirdi. Bu barədə nə deyə bilərsiniz?
- Onu böyük ümidlərlə komandaya dəvət etmişik. Demək olar ki, bütün futbolçulardan narazı qaldım.
- Kosovo ilə oyunda ciddi dəyişiklik gözlənilirmi?
- Gözlənilirdi. Amma indi paltardəyişmə otağı xəstəxanaya çevrilib. Bir neçə futbolçumuz əzələsini dartıb. Budaq, Renat, Bəhlulun zədəsi var.(qol.az)
Oxşar xəbərlər
Qurban Qurbanov: "Kosovoya qələbə üçün gedəcəyik"
"Renat bacardığı qədər mübarizə apardı" - Rəşad Sadıqov
Elşad Əhmədov:"Yerli futbolçular bizim komandaya gəlmək istəmirdi"
Azərbaycan futbolunun gələcəyi haqqında: "Bu komanda ilə..."
Robert Prosineçki:"Oyunda yaxşı çıxış edəcəyinə söz verə bilmərəm"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası