İqor Ponomaryova yeni vəzifə verildi -"Sabah"da
“Sabah”da yeni təyinat gerçəkləşib.
Sportfm.az xəbər verir ki, paytaxt təmsilçisinin Müşahidə Şurasının üzvü olan İqor Ponomaryov klubun idman direktoru vəzifəsinə təyin edilib.
Qeyd edək ki, keçmiş futbolçu və məşqçi, 1988-ci ilin olimpiya çempionu, SSRİ-nin əməkdar idman ustası (1989) olan Ponomaryov 2018-ci ildən “Sabah” FK-nın Müşahidə Şurasının üzvüdür.
Futbolçu karyerasının böyük hissəsini “Neftçi”də keçirən sabiq yarımmüdafiəçi, SSRİ-nin gənclər yığmasının üzvü olub, 1988-ci ildə Seulda keçirilən Yay Olimpiya Oyunlarında qızıl medal qazanan yığmanın heyətində yer alıb. Ponomaryov SSRİ-nin əməkdar idman ustası adına layiq görülüb. Karyerasını bitirdikdən sonra məşqçi fəaliyyəti ilə məşğul olan mütəxəssis, İsveçin “Sirianska”, Rusiyanın “Maşuk” klublarıyla yanaşı, ölkəmizdə “Qarabağ” və “Xəzər Lənkəran” kimi komandalarda çalışıb.
Ponomaryov 2000-2001-ci illərdə Azərbaycanın futbol üzrə əsas yığmasının da baş məşqçisi olub.
Oxşar xəbərlər
"Sabah"da baş məşqçi Ponomaryov olacaq - təsdiqləndi
"Sabah"da xorvatiyalı baş məşqçi - təyinat
Ponomaryov Bakıya qayıtdı - "Sabah" üçün
Yaşasaydı 72 yaşı olacaqdı...
İqor Ponomaryovun 57 yaşı tamam olur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Sabah" - "Qarabağ" matçına 3000-dən çox bilet satıldı
-
"Qarabağ" - "Sabah" oyununun hakimləri açıqlandı - Premyer Liqa
-
Bu gün yarımfinalçılar məlum olacaq - Avropa Liqası
-
Avropa çempionatında ilk medalı Əhməd Yusifov qazandı
-
“İran millisi dünya çempionatına gələcək” Canni İnfantino
-
30-cu turun oyun cədvəli açıqlandı - Premyer Liqa















Misli Premyer Liqası