reklam
Oyunlara pul qoyuluşu edən futbolçular cəzalandı
Sportfm.az xəbər saytı

Oyunlara pul qoyuluşu edən futbolçular cəzalandı


Fransa Peşəkar Futbol Liqası matçlara pul qoyuluşu edən oyunçuların cəzalarını açıqlayıb.
 
Sportfm.az xəbər verir ki, dörd futbolçudan ikisi sərt sanksiya ilə üzləşib. "Nitsa" klubunun üzvləri - qapıçı Yoan Kardinal və yarımmüdafiəçi Valenten Eyserik üç oyunluq diskvalifikasiya edilib. Həmçinin Kardinala 1000 avro məbləğində cərimə kəsilib.
 
"Loryan" klubunun müdafiəçisi Romen Filippoto və "Bastiya"nın hücumçusu Qael Danik isə bir oyun buraxmalı olacaqlar. Üstəlik, Filippoto bir, Q.Danik isə iki oyunluq şərti cəza alıb. Sonuncu 500 avro məbləğində cərimə də ödəyəcək.
 
Qeyd edək ki, Fransa çempionatının geridə qalan 30 turundan sonra "Nitsa" 3-cü, "Bastiya" 19-cu, "Loryan" isə sonuncu - 20-ci sıradadır.

Oxşar xəbərlər

Hakimi təhqir edən futbolçuya 5 oyunluq cəza
“Zirə”nin şikayəti qismən təmin edildi
AFFA "Sabah"ı razı saldı
“Nitsa” PSJ-ni 1/4 finala həsrət qoydu - Fransa kuboku
AFFA klubları cəzalandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər