

Əfsanə futbolçu oyunlara pul qoyuluşu edirmiş -Cəzalandı
“Mançester Yunayted”in keçmiş futbolçusu Pol Skoulz cəzalandırılıb.
Sportfm.az xəbər verir ki, İngiltərə Futbol Federasiyası açıqlamasında Skoulzun 2015-ci ilin 17 avqustundan 2019-cu ilin 12 yanvar tarixinə kimi 140 matça pul qoyuluşu etdiyini bəyan edib.
Bu səbəbdən, veteran futbolçu 8 min funt-sterlinq cərimə olunub. Federasiya ingilis futbolçunu sərt şəkildə xəbərdarlıq edib.
İngiltərə mətbuatının məlumatına görə, Skoulz bukmeker kontorlarında 26 min funt-sterlinq pul qoyuluşu edib və 5831 funt-sterlinq gəlir qazanıb.
Skoulz futbolçu karyerasında yalnız "Mançester Yunayted"in şərəfini qoruyub. 44 yaşlı sabiq yarımmüdafiəçi 2013-cü ildə karyerasını başa vurub.
İngiltərə millisinin sabiq üzvü bu il "Oldhem" klubunun baş məşqçisi təyin olunsa da, futbol oyunlarına pul qoyuluşu etdiyi üçün postundan qovulmuşdu.
Oxşar xəbərlər
“Mançester Siti”nin mükafat fondu – 2,3 milyon
"Səbail"in futbolçusu Ueyn Runi ilə bir siyahıda
"Mançester Yunayted"in son maliyyə ili üçün rekord gəliri
Pol Skoulz baş məşqçi təyin olundu
Ən bahalı saat hansı məşqçidədir?
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ayxan Abbasov millinin baş məşqçisi təyin edildi – RƏSMİ
-
“Qarabağ”ın daha 4 futbolçusu millidə
-
Niderlandın matçını azərbaycanlı hakim idarə edəcək - TƏYİNAT
-
"AFFA rəhbərliyinə təşəkkür edirəm" - Ayxan Abbasov
-
Belarus millisinin Azərbaycanla oyun üçün yekun heyəti - SİYAHI
-
AMADA rəsmisi beynəlxalq qurumda vəzifə aldı