Azərbaycan çempionatında növbəti turun oyunları keçirildi
Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, “ABU Arena”da təşkil olunan “Azəryol”–“Azərsu” qarşılaşması daha çox diqqət çəkib. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə çempionluğa əsas namizədin imkanları yüksək qiymətləndirilsə də, yüksək əzmkarlıq göstərən “Azəryol” çətin qələbə qazanıb – 26:22.
“Gənclərbirliyi”–“İdman Akademiyası” matçı nominal qonaqların qələbəsi ilə nəticələnib – 30:32.
“Qarabağ” komandası isə həftəsonu Gürcüstanın “Olimpiya” kollektivi ilə keçirdiyi hər iki qarşılaşmanı qələbə ilə başa vurub - 33:23 və 42:18.
Məğlubiyyətə baxmayaraq “Azərsu” 14 xalla çempionatın vahid lideridir. Onun ən yaxın izləyicisi “Azəryol” vacib qələbə sayəsində aktivinə 8-ci xalı yazdırıb. Qoşa oyunlarda qələbə qazanan “Qarabağ” da eyni xala malikdir. “İdman Akademiyası” növbəti məğlubiyyətlə barışan “Gənclər Birliyi” üzərində qələbə ilə xal sayını 5-ə çatdırıb.
Oxşar xəbərlər
Azərbaycan çempionatında fasilə başa çatdı
Komandalarımız çempionatda mübarizəyə başladı
"Azəryol" yoluna davam edir
“Azəryol” çempionluğunu rəsmiləşdirdi
“Azəryol” liderlə xal fərqini aradan qaldırdı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR















Misli Premyer Liqası