Azərbaycan çempionatında fasilə başa çatdı
Qadın həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb.
Sportfm.az xəbər verir ki, XIII turun açılış matçında “Azərsu” və “Azəryol” komandaları üz-üzə gəliblər. Oyun gözlənildiyi kimi gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalıb. Çempionatın lideri “Azəryol” bu görüşdən də qalib ayrılmaq niyyətində idi. “Azərsu” həndbolçuları çox çalışsalar da, rəqibin istəyinə mane ola bilməyiblər. Daha yüksək əzmkarlıq göstərən “Azəryol” 35:33 hesabı ilə qələbə qazanıb.
Günün digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası” komandasını qəbul edib. Çempionluq uğrunda mübarizə aparan nominal ev sahibi autsayderlə oyunda elə də çətinlik çəkməyib. Bu, tablodakı yekun hesabda da təsdiqini tapıb – 36:28.
Növbəti qələbə ilə xal ehtiyatını 24-ə çatdıran “Azəryol” turnir cədvəlinin vahid lideridir. “Qarabağ” ondan 2 xal geri qalır. Üçüncü pillədəki “Azərsu”nun 6 xalı var. “İdman Akademiyası” komandasının aktivində hələ də xal yoxdur.
Oxşar xəbərlər
Komandalarımız çempionatda mübarizəyə başladı
"Azəryol" yoluna davam edir
“Azəryol” çempionluğunu rəsmiləşdirdi
“Azəryol” liderlə xal fərqini aradan qaldırdı
Azərbaycan çempionatında növbəti turun oyunları keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Hidayət Heydərov finalda uduzdu - Avropa çempionatı















Misli Premyer Liqası