reklam
“Azəryol” liderlə xal fərqini aradan qaldırdı
Sportfm.az xəbər saytı

“Azəryol” liderlə xal fərqini aradan qaldırdı


Qadın həndbolçuların Azərbaycan çempionatında 16-cı turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, baş mükafata namizədlərdən sayılan “Azəryol”un növbəti rəqibi “Gənclər birliyi” komandası olub. Gənc həndbolçular çox çalışsalar da, güclü rəqibin kəsərli hücumlarının qarşısını ala bilməyiblər. Nominal meydança sahibinin aşkar üstünlüyü şəraitində keçən qarşılaşma 53:26 hesabı ilə nəticələnib.

Daha gərgin idman mübarizəsi ilə yadda qalan “Qarabağ” – “İdman Akademiyası” matçında isə birincilər qələbə qazanıblar – 33:28.

Növbəti qələbəyə imza atan “Azəryol” lider “Azərsu” ilə xal fərqini aradan qaldırıb. Belə ki, bir oyun az keçirən “Azərsu”nun da 30 xalı var. “Qarabağ” 16 xalla üçüncü yerdə qərarlaşıb. Hərəyə 7 xalı olan “İdman Akademiyası” və “Olimpiya” komandaları 4-5-ci pillələri bölüşürlər. Hələ ki xal qazana bilməyən “Gənclər birliyi” çempionatın autsayderidir.

Oxşar xəbərlər

Azərbaycan çempionatında fasilə başa çatdı
Komandalarımız çempionatda mübarizəyə başladı
"Azəryol" yoluna davam edir
“Azəryol” çempionluğunu rəsmiləşdirdi
Azərbaycan çempionatında növbəti turun oyunları keçirildi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər