“Azəryol” çempionluğunu rəsmiləşdirdi
Qadın həndbolçuların Azərbaycan çempionatında mübarizə sona yaxınlaşır. Yarışın 19-cu turu da imkanları yüksək qiymətləndirilən komandaların qələbəsi ilə yadda qalıb. Ötən tur əsas rəqibinə qalib gələn “Azəryol” “İdman Akademiyası”nı da məğlub edib – 40:27. Bu nəticə “Azəryol”un çempionluğunu rəsmiləşdirib.
Sportfm.az xəbər verir ki, “Azərsu” – “Qarabağ” görüşü isə daha gərgin mübarizə şəraitində keçib. Meydançaya qələbə üçün çıxan “Azərsu” rəqibin ciddi müqavimətinə baxmayaraq, qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyi bacarıb – 30:29.
İyirmi oyundan 36 xal toplayan “Azəryol” son turun nəticələrindən asılı olmayaraq, zirvəni heç kimlə bölüşməyəcək. “Azərsu” 34 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü pillədəki “Qarabağ”ın 20 xalı var. “İdman Akademiyası” 9 xalla 4-cü, “Olimpiya” 7 xalla 5-ci yerdədir. Bütün oyunlarda məğlub olan “Gənclər Birliyi” yarışın autsayderidir.
Qeyd edək ki, Azərbaycan çempionatına aprelin 27-də yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan çempionatında fasilə başa çatdı
Komandalarımız çempionatda mübarizəyə başladı
"Azəryol" yoluna davam edir
“Azəryol” liderlə xal fərqini aradan qaldırdı
Azərbaycan çempionatında növbəti turun oyunları keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR














Misli Premyer Liqası