"Azəryol" yoluna davam edir
Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, maraqla gözlənilən “Azəryol” – “Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb. Son ölkə çempionu mövsümə iddialı başlayan rəqiblə oyuna qələbə üçün çıxmışdı. Yüksək əzmkarlıq nümayiş etdirən “Azəryol” qarşıya qoyulan tapşırığı yerinə yetirib – 31:26.
Günün digər qarşılaşmasında isə “Azərsu” “İdman Akademiyası” komandasını sınağa çəkib. Kifayət qədər ciddi müqavimət göstərən “tələbələr” təcrübəli rəqibə asanlıqla təslim olmayıblar. “Azərsu” maraqlı mübarizənin sonunda cəmi 4 xal fərqi ilə qələbə qazanıb – 43:39.
Əsas rəqibi üzərində qələbə çalan “Azəryol” 14 xalla çempionatın artıq vahid lideridir. “Qarabağ” 12 xalla ikinci pillədə qərarlaşıb. Üçüncü yerdəki “Azərsu” xal sayını 6-ya yüksəldib. “İdman Akademiyası” komandasının hələ də xalı yoxdur.
Çempionatın 9-cu turunun oyunları dekabrın 18-də keçiriləcək. Həmin gün “Qarabağ” “Azərsu”, “Azəryol” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.
Oxşar xəbərlər
“Qarabağ” qələbə qazandı - Azərbaycan çempionatı
Azərbaycan çempionatında fasilə başa çatdı
Komandalarımız çempionatda mübarizəyə başladı
“Azəryol” çempionluğunu rəsmiləşdirdi
Azərbaycan çempionatında növbəti turun oyunları keçirildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
“DH Volley” komandası voleybol meydançası inşa etdi - FOTO
-
AFFA-dan maliyyə menecerləri üçün seminar
-
Azərbaycan millisi Rusiyaya rəqib oldu - UEFA İnkişaf Turniri
-
Günün canlı yayımlanacaq qarşılaşmaları - TV AFİŞA
-
Qızlarımız yenə məğlub oldu - Avropa Çempionatı
-
Premyer Liqada 28-ci tur başlayır - YENİLƏNİR














Misli Premyer Liqası