reklam
Sportfm.az xəbər saytı

"Fənər" qalib gəldi, komandanın qapıçısı qol vurdu


Azərbaycan Respublikası "Təhsil" Respublika İdman Mərkəzi tərəfindən təşkil edilən futbol üzrə U-8 liqasında 7-ci turun görüşləri keçirilib.  

Sportfm.az xəbər verir ki, 248 saylı məktəbin stadionunda baş tutan 7-ci turun mərkəzi matçı liderlər qrupunda yer alan "Fənər" İOEUGİM 8-lə üzə gəlib. Ötən tur xal itkisi ilə üzləşən "Fənər" bu dəfə 3 xal qazanan tərəf olub. Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Turqay Fərzəliyevin təsis etdiyi "Fənər" uşaq-futzal məktəbinin yetirmələri rəqibini 9-0 hesabı ilə məğlub edərək, liderlər qrupunda yerini möhkəmlədib. "Fənər"in qollarından birini isə komandanın qapıçısı Bəşir Hümbətov öz aktivinə yazıb. U-9 liqasında mübarizə aparan "Fənər"in digər komandası isə "Vətən"lə 2-2 bərabərə qalıb. 

Qeyd edək ki, növbəti turun görüşləri noyabrın 16-da baş tutacaq. 

Oxşar xəbərlər

Sakit Rzayevdən "Fənər"ə sürpriz ziyarət - FOTO
Hüseyn Əliyev mükəmməl qol vurdu, "Fənər" 3 xal qazandı
"Fənər" lideri məğlub etdi
"Fənər" növbəti qələbəsini qazandı, Kənan Həsənli het-trik etdi
"Fənər" "Təhsil" liqasına qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər