reklam
Sportfm.az xəbər saytı

"Fənər" növbəti qələbəsini qazandı, Kənan Həsənli het-trik etdi


Azərbaycan Respublikası "Təhsil" Respublika İdman Mərkəzi tərəfindən təşkil edilən futbol üzrə U-8 və U-9 liqalarında 3-cü turun görüşləri keçirilib.  

Sportfm.az xəbər verir ki, 248 və 267 saylı məktəbin stadionunda baş tutan 3-cü turun oyunlarında bu il 8 və 9 yaşlıların çempionatlarında debüt edən Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Turqay Fərzəliyevin təsis etdiyi "Fənər" uşaq-futzal məktəbinin komandaları növbəti dəfə meydançaya çıxıblar. "Fənər"in 2010-cu ilə təvəllüdlü futbolçuları U-9 liqasında "Leon"a minimal hesabla məğlub olub. U-8 liqasında mübarizə aparan azyaşlı "Fənər"lilər isə 3-cü qarşılaşmada 2-ci qələbəsini rəsmiləşdirib. Bu dəfə RİOEUGİM-2 "Fənər" önündə gücsüz qalıb 5-3. 8 yaşlıların çempionatında 6 yaşlı Kənan Həsənli het-trik edib. Komandanın digər qollarını isə Atilla Əlisoy öz adına yazdırıb. 

Qeyd edək ki, oktyabrın 19-da baş tutacaq növbəti turun görüşlərində "Fənər"in 9 yaşlıları "Xəzər Buzovna" ilə, 8 yaşlıları isə "ASTA" ilə üz-üzə gələcək. 

 

Oxşar xəbərlər

Sakit Rzayevdən "Fənər"ə sürpriz ziyarət - FOTO
Hüseyn Əliyev mükəmməl qol vurdu, "Fənər" 3 xal qazandı
"Fənər" qalib gəldi, komandanın qapıçısı qol vurdu
"Fənər" lideri məğlub etdi
"Fənər" "Təhsil" liqasına qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər