"Fənər" "Təhsil" liqasına qələbə ilə başladı
Azərbaycan Respublikası "Təhsil" Respublika İdman Mərkəzi tərəfindən təşkil edilən futbol üzrə U-8 və U-9 liqalarına start verilib.
Sportfm.az xəbər verir ki, 248 və 267 saylı məktəbin stadionunda baş tutan ilk turun oyunlarında bu il 8 və 9 yaşlıların çempionatlarında debüt edən Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Turqay Fərzəliyevin təsis etdiyi "Fənər" uşaq-futzal məktəbi inamlı qələbələr qazanıb. "Fənər"in 2010-cu ilə təvəllüdlü futbolçuları U-9 liqasında "Mübariz" komandasını 3-1 hesabı ilə məğlub edib. U-8 liqasında mübarizə aparan azyaşlı "Fənər"lilər isə İUOEGİM-i 13-0 hesabı ilə udub.
Qeyd edək ki, oktyabrın 5-də baş tutacaq növbəti turun görüşlərində "Fənər"in 9 yaşlıları "Zirə" ilə, 8 yaşlıları isə "Sabah"la üz-üzə gələcək.
Oxşar xəbərlər
Sakit Rzayevdən "Fənər"ə sürpriz ziyarət - FOTO
Hüseyn Əliyev mükəmməl qol vurdu, "Fənər" 3 xal qazandı
"Fənər" qalib gəldi, komandanın qapıçısı qol vurdu
"Fənər" lideri məğlub etdi
"Fənər" növbəti qələbəsini qazandı, Kənan Həsənli het-trik etdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası