reklam
Boksçularımız Avropa çempionatlarında 25 medal qazandı
Sportfm.az xəbər saytı

Boksçularımız Avropa çempionatlarında 25 medal qazandı


Azərbaycan boksçuları 2026-cı ildə Avropa çempionatlarında uğurlu çıxışlarını davam etdirirlər.

Sportfm.az xəbər verir ki, milli komandalarımız qatıldıqları 4 qitə birinciliyində ümumilikdə 25 medal qazanıblar. Mükafatların 5-i qızıl, 8-i gümüş, 12-si bürünc əyarlıdır.

Komandalarımız arasında ən çox medalı böyük potensial vəd edən U-15 millimiz qazanıb. Boksçularımız Trabzonda yeni başa çatan Avropa çempionatında 10 dəfə fəxri kürsüyə yüksəliblər.

U-17 millimiz qitə birinciliyini 8 medalla başa vurub. Böyüklərdən ibarət yığmamız isə analoji yarışda rekord nəticə göstərərək 5 medal qazanıb. Hər iki komandamızın 2 idmançısı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb və Azərbaycan Himnini səsləndiriblər.

U-19 millimizin Avropa çempionatındakı qazancı isə 2 medal olub.

Beləliklə, Azərbaycan boksçuları 2026-cı ildə qatıldıqları bütün Avropa çempionatlarında medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər. Komandalarımız bu yarışların 3-də medal əyarına görə ilk “altılıq”da yer alıblar.

Oxşar xəbərlər

Güləşçilərimizdən daha 2 medal - Avropa çempionatı
Boksçularımız 4 medal qazandı
Boksçularımızın bu ilki beynəlxalq uğurları - 231 medal qazandılar
Boksçularımız Avropa çempionatını 8 medalla başa vurdu
Millimiz Avropa çempionatında rekordunu yenilədi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər