Sakit Rzayevdən "Fənər"ə sürpriz ziyarət -FOTO
Bu gün "Fənər" uşaq-futzal məktəbinin yetirmələri xoş sürprizlə qarşılaşıb. Belə ki, Naxçıvan Futbol Federasiyasının sədr müavini Sakit Rzayev komandanın məşqini ziyarət edib.
Sportfm.az xəbər verir ki, Naxçıvanda uşaq futbolunun inkişafı üçün həyata keçirilən layihələrə də rəhbərlik edən mütəxəssis kiçikyaşlı "Fənər"lilərin məşqini izləyərək, daha sonra məşqçilər korpusunda çalışanlarla görüşüb, söhbətləşib. Sakit Rzayev məşqdə olan uşaqların bir çoxuna da öz tövsiyə və göstərişlərini verib.
Vaxtilə Sakit Rzayevlə birlikdə "Turan"ın uğurları üçün tər tökən, hazırda isə "Fənər" böyük məşqçisi olan Hüseyn İsgəndərovla uşaq futbolunun inkişaf perspektivlərini müzakirə edib.
Qeyd edək ki, "Fənər" uşaq-futzal məktəbi 2012-ci ildən fəaliyyət göstərir. Klubun prezidenti Turqay Fərzəliyevdir.

Oxşar xəbərlər
Futzala sevgisi olan hər kəsi gözləyirik!
Futzala sevgisi olan hər kəsi gözləyirik!
Klub prezidenti uşaqların məşqini izlədi - FOTOLAR
"Fənər" qalib gəldi, komandanın qapıçısı qol vurdu
"Fənər" "Təhsil" liqasına qələbə ilə başladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Rəqiblər hər zaman fərqli olur" - Qurban Qurbanov
-
"Qarabağ" - ÇSKA: Start heyətlər məlumdu
-
Mahir Emreli "Rakuv"da qol hesabını açdı - Konfrans Liqası
-
"Zirə" Estoniyadan əliboş qayıdır - Konfrans Liqası
-
"Qarabağ" bolqarıstanlılara qol vura bilmədi - Avropa Liqası
-
Qubanın kəndinin klubunun üzvü yığmada - SİYAHI















Misli Premyer Liqası