reklam
Sportfm.az xəbər saytı

"Fənər" lideri məğlub etdi


Azərbaycan Respublikası "Təhsil" Respublika İdman Mərkəzi tərəfindən təşkil edilən futbol üzrə U-8 liqasında 5-ci turun görüşləri keçirilib.  

Sportfm.az xəbər verir ki, 248 saylı məktəbin stadionunda baş tutan 5-ci turun mərkəzi matçı liderlər qrupunda yer alan "Vətən" və "Fənər" arasında baş tutub. 4 görüşə 4 qələbə qazanan və rəqib qapılarından 45 top keçirən "Vətən" bu dəfə məğlubiyyətdən qaça bilməyib. Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Turqay Fərzəliyevin təsis etdiyi "Fənər" uşaq-futzal məktəbinin yetirmələri rəqibini 2-0 hesabı ilə məğlub edərək, turnirdə 4-cü qələbəsini rəsmiləşdirib. "Fənər"in qollarını İmran Hüseynzadə və bombardirlər yarışında yer alan Kənan Həsənli vurub. 

Qeyd edək ki, noyabrın 2-də baş tutacaq növbəti turda "Fənər"lilər UGİM-2 ilə üz-üzə gələcək. 

Oxşar xəbərlər

Sakit Rzayevdən "Fənər"ə sürpriz ziyarət - FOTO
Hüseyn Əliyev mükəmməl qol vurdu, "Fənər" 3 xal qazandı
"Fənər" qalib gəldi, komandanın qapıçısı qol vurdu
"Fənər" növbəti qələbəsini qazandı, Kənan Həsənli het-trik etdi
"Fənər" "Təhsil" liqasına qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər