reklam
Hüseyn Əliyev mükəmməl qol vurdu,
Sportfm.az xəbər saytı

Hüseyn Əliyev mükəmməl qol vurdu, "Fənər" 3 xal qazandı


Azərbaycan Respublikası "Təhsil" Respublika İdman Mərkəzi tərəfindən təşkil edilən futbol üzrə U-8 liqasında 8-ci turun görüşləri keçirilib.  

Sportfm.az xəbər verir ki, 248 saylı məktəbin stadionunda baş tutan matçda liderlər qrupunda yer alan "Fənər" Vətən RİOEUGFM-2 ilə üz-üzə gəlib.  

Azərbaycan Futzal Federasiyasının İcraiyyə Komitəsinin üzvü Turqay Fərzəliyevin təsis etdiyi "Fənər" uşaq-futzal məktəbinin yetirmələri rəqibini 7-0 hesabı ilə məğlub edərək, çempionluq uğrunda mübarizəni davam etdirir. "Fənər"in qollarından birini komandanın liderlərindən Hüseyn Əliyev öz aktivinə yazıb. 6 yaşlı futbolçu topun gəlişinə vurduğu mükəmməl zərbə ilə fərqi artırıb. Bu Hüseynin U-8 liqasında ilk qoludur. 

Qeyd edək ki, növbəti turun görüşləri noyabrın 23-də baş tutacaq. 

 

Oxşar xəbərlər

Sakit Rzayevdən "Fənər"ə sürpriz ziyarət - FOTO
"Fənər" qalib gəldi, komandanın qapıçısı qol vurdu
"Fənər" lideri məğlub etdi
"Fənər" növbəti qələbəsini qazandı, Kənan Həsənli het-trik etdi
"Fənər" "Təhsil" liqasına qələbə ilə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər