reklam
Sportfm.az xəbər saytı

"Sən qardaşsan, gəlirəm" -Həbib Nurməhəmmədov qorxaqlıqda ittiham edildi


UFC çempionatının iştirakçısı Artyom Lobov Həbib Nurməhəmmədovu qorxaqlıqda ittiham edib.

Sportfm.az xəbər verir ki, A. Lobov UFC 223 şousu öncəsi dəhlizdə Həbiblə qarşılaşan zaman baş verən hadisə barədə danışıb.

"Telefonla danışırdım, dəhlizdə Həbibi gördüm. Əlbəyaxa olmadan bir-birimizin ünvanına sərt sözlər işlətdik. Bundan sonra o yenə yaxınlaşdı, lakin bu dəfə yanında xeyli sayda insan var idi. Qəflətən cəsur oldu və davaya başladı", - deyə o vurğulayıb.

A.Lobov insident barədə xəbərlərin tez yayıldığını, lakin nə edəcəyini bilmədiyini deyib:

"Çoxlu sayda mesaj gəldi, lakin heç kim faydalı məsləhət vermədi və dəstəkləmədi. Yalnız Konor Makqreqordan gələn mesaj yaxşı idi. O yazdı ki, artıq gəlir, kim, nə və niyəsi önəmli deyil. Sən qardaşsan, gəlirəm. Mən bilmirdim Konor kiminlə və nəyə görə gəlir. O anlayırdı ki, mən Bruklində təkəm, Həbib yanında isə 15-20 nəfər var".

Oxşar xəbərlər

Makqreqor Həbibi təhqir etdi
"Rusiyada Həbiblə döyüşmək istəyirəm" - Konordan prezidentə
Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi
Nurməhəmmədovu yenə təhqir etdilər: "Həbib murdar heyvandır!"
Döyüşçü rəqiblərinə hücum etdi, həbs ediləcək - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər