reklam
Makqreqor Həbibi təhqir etdi
Sportfm.az xəbər saytı

Makqreqor Həbibi təhqir etdi


İrlandiyalı döyüşçü Konor Makqreqor prinsial rəqibi Həbib Nurmaqomedova təhqiramiz mesaj göndərib.

Sportfm.az xəbər verir ki, özünün rəsmi İnstagram səhifəsinin "History" bölməsində öz şəklini paylaşan Konor bu sözləri yazıb: "Kiçik siçovul, mən gəlirəm".

"The Sun" nəşri yazır ki, UFC prezidenti Dana Uayt Makreqorun Həbiblə revanş döyüşünə hazırlaşdığını deyib. Belə bir döyüşün 2020-ci ilin sonlarında keçirilə biləcəyi ehtimalı var. Hələlik bununla bağlı UFC rəsmi qərar verməyib.

Əlavə edək ki, yanvarın 18-də ABŞ-ın Las-Veqas şəhərində təşkil olunacaq UFC 246 turniri çərçivəsində Konor Makqreqorun Donald Serrone ilə görüşü olacaq.

Xatırladaq ki, 2018-ci ilin oktyabrın 6-da Həbiblə Konorun döyüşü keçirilib. Döyüşün dördüncü raundunda dağıstanlı idmançı qələbəni təmin edib.

Oxşar xəbərlər

Həbiblə Makqreqor arasında revanş baş tutmayacaq - "Makqreqor şansını gözləməlidir"
Konor – Həbib revanşının ilkin vaxtı məlum oldu
"Rusiyada Həbiblə döyüşmək istəyirəm" - Konordan prezidentə
Makqreqor Həbiblə yenə görüşmək üçün nə istədi?
Həbib - Makqreqor döyüşündə yeni rekord

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər