Makqreqorun məşqçisi Nurməhəmmədovu dəstəklədi
MMA üzrə döyüşçü Konor Makqreqorun məşqçisi Con Kavan "PowerfulJRE" YouTube-kanalına müsahibəsində irlandiyalı ilə döyüşdən sonra Həbib Nurməhəmmədovun davasını şərh edib.
Sportfm.az xəbər verir ki, məşqçi rusiyalının cəzalandırılmasını istəmədiyini söyləyib:"Ümid edirəm ki, Nevada idman komissiyası Həbibi cəzalandırmayacaq. Təkcə Konorla revanş üçün deyil, sadəcə, onun döyüşməsi mənim xoşuma gəlir. Onun reaksiyasını başa düşdüm, ancaq yoldaşlarının yox. Həbib, sadəcə, oktaqondan atılıb, bu, dünyanın axırı deyil", - məşqçi deyib.
Onun sözlərinə görə, Makqreqorun digər məşqçisi Dillon Denis Nurməhəmmədovun komandasına toxunmaq istəməyib.
"Mən Dillonun yanında dayanmışdım. Mən onun nə etdiyini görmürdüm, ancaq dəqiq bilirəm ki, pis heç nə deməyib. Ancaq başa düşdüm ki, o, Həbibi təhrik etdi".
Qeyd edək ki, dağıstanlı Həbib Nurməhəmmədov oktyabrın 6-da Las-Veqasda keçirilən döyüşdə irlandiyalı Konor Makqreqora qalib gəlib. Döyüşdən sonra Nurməhəmmədov oktaqondan kənara atılıb və Konorun məşqçisi Dilon Denisi onun dinini təhqir etdiyinə görə döyüb.
№ | Komanda | o | x |
1 | Qarabağ | 34 | 87 |
2 | Sabah | 33 | 77 |
3 | Neftçi | 34 | 62 |
4 | Qəbələ | 34 | 48 |
5 | Zirə | 34 | 46 |
6 | Turan | 34 | 38 |
7 | Kəpəz | 34 | 30 |
8 | Sumqayıt | 33 | 28 |
9 | Səbail | 34 | 25 |
10 | Şamaxı | 34 | 24 |
№ | Komanda | o | x |
1 | Araz-Naxçıvan | 13 | 37 |
2 | EKOL | 13 | 30 |
3 | Neftçi İK | 13 | 25 |
4 | Baku Fire | 13 | 22 |
5 | Record club.az | 13 | 12 |
6 | Alyans | 13 | 12 |
7 | U-19 | 13 | 9 |
8 | Xilə | 13 | 6 |
№ | Komanda | o | x |
1 | Araz Naxçıvan | 5 | 15 |
2 | MOİK | 5 | 11 |
3 | Turan Tovuz-2 | 4 | 9 |
4 | Qəbələ-2 | 5 | 9 |
5 | Neftçi-2 | 4 | 9 |
6 | Qarabağ-2 | 5 | 7 |
7 | Zirə-2 | 4 | 7 |
8 | Şamaxı-2 | 5 | 7 |
9 | Qaradağ Lökbatan | 5 | 6 |
10 | Mingəçevir | 5 | 6 |
11 | Səbail-2 | 4 | 6 |
12 | Zaqatala | 5 | 6 |
13 | Sumqayıt-2 | 4 | 3 |