Nurməhəmmədovu yenə təhqir etdilər:"Həbib murdar heyvandır!"
Qarışıq idman növləri üzrə amerikalı döyüşçü Kolbi Kovinqton yüngül çəkidə rusiyalı UFC çempionu Həbib Nurməhəmmədovu irland Konor Makqreqorla döyüşdən sonra saldığı davaya görə tənqid edib.
Sportfm.az xəbər verir ki, o bu barədə öz "Twitter" mikrobloqunda yazıb.
"Həbib Nurməhəmmədov murdar heyvandır. O, bu hərəkətləri ilə bizim idman növünü 20 il dala atır", - deyə amerikalı döyüşçü qeyd edib.
Bazar günü iki idmançı arasında Las-Veqas şəhərində (ABŞ) keçirilən döyüş rusiyalı samboçunun qələbəsi ilə yekunlaşıb. Nurməhəmmədov yüngül çəkidə qazandığı bu 27-ci qələbə sayəsində UFC çempionu titulunu özündə saxlayıb.
Döyüşdən sonra Nurməhəmmədov rinqdən kənara atılaraq Makqreqorun tərəf müqabili ilə əlbəyaxa olub.
Oxşar xəbərlər
Həbib oktaqonda son qələbəsini qazandı
Nurməhəmmədov yarışlardan kənarlaşdırıldı
Nurməhəmmədov Makqreqoru bağışladığını dedi
Makqreqor revanş istəyir!
Nurməhəmmədov hərəkətinə görə üzr istədi - Bu, mənim pis hərəkətim idi...
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası