reklam
La Liqa oyunları təxirə salındı
Sportfm.az xəbər saytı

La Liqa oyunları təxirə salındı


İspaniya La Liqasının 23-cü turunda keçirilməli olan 2 matç təxirə salınıb.
Sportfm.az xarici KİV-ə istindən xəbər verir ki, “Barselona” - “Atletiko” və “Real” - “Real Sosyedad” matçlarının vaxtı dəyişdirilib. Fevralın 7-də keçirilməsi planlaşdırılan bu oyunlar dekabrın 2-4-ü aralığında baş tutacaq.

Qarşılaşmaların vaxtının dəyişdirilməsinə 2027-ci ilin fevralında İstanbulda təşkil olunacaq İspaniya Superkuboku səbəb olub. Turnirdə “Barselona”, “Atletiko”, “Real” və “Real Sosyedad” iştirak edəcək.

Superkubokun ilk yarımfinalında fevralın 2-də “Barselona” ilə “Atletiko” üz-üzə gələcək. Fevralın 3-də isə “Real Sosyedad” “Real”la qarşılaşacaq. Final oyunu fevralın 6-da keçiriləcək.

Oxşar xəbərlər

“Barselona” liderliyə yüksəldi - La Liqa
"Barselona" və "Real"ın rəqibi bilindi - İspaniya kuboku
Kubokun finalı Olimpiya stadionunda keçiriləcək
"Atletiko" "Real Sosyedad"ı məğlub etdi - VİDEO
"Real" Madridin oyunu təxirə salındı, "Barselona" inamlı qələbə qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər