Rəşad, bu sənə lazım idi? -QEYD
"Qarabağ" Çempionlar Liqasının III təsnifat mərhələsində doğma divarlar arasında Belarus BATE-si ilə baş tutan ilk matçdan məğlub ayrıldı.
Qonaqlara qələbə qazandıran yeganə qola 36-cı dəqiqə Rəşadın ciddi səhvindən sonra Stanislav Draqun imza atıb.

Qardaş, içim özümü yandırır, çölüm özgəni!
Problem BATE-dən qol buraxmaqdan getmir. 10 minlərlə uşaqlı, qadınlı stadiona gələn azarkeşlərə yazıq. Mən hələ çörəyə pul tapmayıb, lakin, axşam "Qarabağ"ın oyunu var deyə, "antena"sını qonşudan borc alıb, iki daşın arasında düzəltdirən "pensianer"lərdən demirəm.
Bu qədər qaçhaqaçın qabağında, arxada Rəşadı görəndə dalağım sancdı. Kapitan ölkənin və "Qarabağ"ın əfsanəsi olduğunun fərqindədir. Amma, 36 yaşında belə bir vacib matçda start heyətdə meydana çıxmağa o qədərmi məcbur idin?

Rəhbərliyin və məşqçinin etimadından istifadə edib, komandanın məğlubiyyətində əsas "pay sahibi" olmaq lazım idi sənə?
İllərdir qazandığı nüfuzu indi xərcləməklə məşğul olan kapitan, yoxsa yaxın keçmişdə Stiven Cerrard ("Liverpul"), Andre İniestanın ("Barselona") gedişindən xəbərsizdir.

Dəbilqə artıq o dəbilqə deyil, abi. İndi modernləşmək üçün xeyli zamana ehtiyac var. Zaman isə sənin əleyhinə.
İkinci dəfə "Qarabağ"la ÇL-sının qrup mərhələsində çıxış etmək istəyin çox əladır, amma düzgün deyil. Çünki, sən o sən deyilsən!
Məhəmməd Vaqif
Oxşar xəbərlər
BATE klubunun prezidenti vəfat etdi
"Rəşadı qınamağı düzgün saymıram" - Ağasəlim Mircavadov
Qurban Qurbanov: "Anlaşmamız lazımı səviyyədə deyil"
"Qarabağ"ın azarkeşləri qarşısında tab gətirmək asan deyil" - Stanislav Draqun
"90 dəqiqəlik ağır mübarizə bizi gözləyir" - Stanislav Draqun
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası