reklam
Sportfm.az xəbər saytı

"Qarabağ"ın azarkeşləri qarşısında tab gətirmək asan deyil" -Stanislav Draqun


"Ölkə mətbuatı "Qarabağ"ın rəqib zəif olduğu barədə xəbərlər dərc edir. Ancaq mən bununla razı deyiləm. Düşünürəm ki, "Qarabağ" güclü rəqibdir, komandanın heyətində güclü futbolçular var və məşqçinin işi kifayət qədər hiss olunur. Ona görə də "Qarabağ" bizim üçün çox təhlükəli rəqibdir".

Sportfm.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olan Belarusun BATE klubunun futbolçusu Stanislav Draqun deyib. Yarımmüdafiəçi bu gün Belarusda keçiriləcək cavab görüşü haqda danışıb. Belarus millisinin üzvü arxayınlaşmadıqlarını, mərhələ keçmək üçün əllərindən gələni edəcəklərini bildirib: "Növbəti mərhələyə keçdiyimizi düşünmək absurddur. Səfər oyununda qələbə qazansaq da, hələ heç nə başa çatmayıb. Bizim qarşıda finala bərabər 90 dəqiqəmiz var. Mərhələ adlamaq üçün əlimizdən gələni edəcəyik".  

30 yaşlı futbolçu Bakıda baş tutan ilk qarşılaşmanın birinci hissəsinə daha yaxşı, ikinci hissəsində isə zəif oyun göstərmələrinə haqda bunları söyləyib: "Qarabağ"ın azarkeşləri qarşısında tab gətirmək asan məsələ deyil. Ona görə də belə bir oyun taktikası seçmişdik. Bu, məcburiyyətdənm irəli gəlirdi".

Oxşar xəbərlər

Qoran Sabliç: "Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır"
"90 dəqiqəlik ağır mübarizə bizi gözləyir" - Stanislav Draqun
Aleksey Baqa:"Həm “Qarabağ”a, həm də BATE-yə dünyada diqqət var"
""Qarabağ"la bizi ağır oyunlar gözləyir" - Simon Rumbullaku
"Qarabağ"ı üstələmək üçün bütün gücümüzü ortaya qoyacağıq"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər