BATE klubunun prezidenti vəfat etdi
Belarusun BATE klubunun İdarə Heyətinin sədri Anatoli Kapski 52 yaşında vəfat edib.
Sportfm.az xəbər verir ki, Kapskidə hələ 20 yaşında ikən xərçəng aşkarlanıb. Həmin vaxtdan o, şişlə mübarizə aparıb.
1999-cu ildə xəstəlik yenidən özünü büruzə verib. 2013-cü ildə klub rəhbəri ürəyindən əməliyyat olunub. Daha sonra o, qara ciyəri və böyrəklərindəki problemlərlə əlaqədar bir neçə gün komada qalıb.
Kapski 1996-cı ildə BATE-nin yaradılmasının təşəbbüskarlarından olub. Borisov təmsilçisi 14 dəfə Belarus çempionu və 3 dəfə ölkə kubokunun sahibi olub.
Qeyd edək ki, bu mövsüm BATE Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"ın rəqibi olub. Bakıda 1:0 hesablı qələbə qazanan Borisov klubu öz meydanında heç-heçə edib - 1:1. Nəticədə "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb.
Oxşar xəbərlər
"Sumqayıt"da əcnəbi baş məşqçi - Müqavilə
PSV BATE-ni darmadağın etdi - VİDEO
"BATE" - “Qarabağ” matçının hakimləri açıqlandı
BATE "Qarabağ"la oyunun hazırlıqlarına başladı
Rəqibi məğlub edə bilmədilər, rekord qırıldı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası