reklam
Rauf Məmmədovdan heç-heçə
Sportfm.az xəbər saytı

Rauf Məmmədovdan heç-heçə


Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirinin VII turunda daha iki görüş başa çatıb. 

Sportfm.az xəbər verir ki, hesabat turunda Azərbaycan şahmatçısı Rauf Məmmədov Hollandiya təmsilçisi Aniş Giri ilə qarşılaşıb. 

Görüş 49-cu gedişdən sonra heç-heçə yekunlaşıb - 0.5:0.5. Çin təmsilçisi Dinq Liren isə çexiyalı David Navaranı məğlub edib 1:0. 

Daha öncə Teymur Rəcəbov Şəhriyar Məmmədyarovla xalı yarı bölüb. 

Hazırda Maqnus Karlsen (Norveç) - Veselin Topalov (Bolqarıstan), Radoslav Voytaşek (Polşa) - Sergey Karyakin (Rusiya) görüşləri davam edir. 

Qeyd edək ki, Rauf Məmmədovun turnirdəki bütün görüşləri heç-heçə başa çatıb.

 

Oxşar xəbərlər

Rəcəbov 8-ci görüşünü də heç-heçə ilə başa vurdu
"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq
İki azərbaycanlının duelində qalib müəyyənləşmədi
“Shamkir Chess 2018” heç-heçələrlə başladı
Rəcəbov Topalova, Məmmədyarov Karlsenə qarşı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər