reklam
Rəcəbov 8-ci görüşünü də heç-heçə ilə başa vurdu
Sportfm.az xəbər saytı

Rəcəbov 8-ci görüşünü də heç-heçə ilə başa vurdu


Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "ShamkirChess 2018" superturnirində VIII turun görüşlərində ilk heç-heçə qeydə alınıb.

Sportfm.az xəbər verir ki, Azərbaycan şahmatçısı Teymur Rəcəbov ağ fiqurlarla rusiyalı Sergey Karyakinlə "sülh" bağlayıb. Görüş 40-cı gedişdə yekunlaşıb. Hazırda Veselin Topalov (Bolqarıstan) - Radoslav Voytaşek (Polşa), Aniş Giri (Hollandiya) - Maqnus Karlsen (Norveç), Dinq Liren (Çin) - Rauf Məmmədov (Azərbaycan) və Şəhriyar Məmmədyarov (Azərbaycan) - David Navara (Çexiya) görüşləri davam edir.

Qeyd edək ki, Teymur Rəcəbovun əvvəlki 7 oyunu da heç-heçə ilə yekunlaşıb. 

Oxşar xəbərlər

Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
"ShamkirChess 2019": IV turun görüşləri keçiriləcək
"ShamkirChess 2019": III turun görüşləri keçiriləcək
"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər