reklam
Rəcəbov Topalova, Məmmədyarov Karlsenə qarşı
Sportfm.az xəbər saytı

Rəcəbov Topalova, Məmmədyarov Karlsenə qarşı


Bu gün mərhum şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess 2018” turniri start götürəcək. 

Sportfm.az xəbər verir ki, beşinci dəfə keçirilən turnirin ilk turunda təmsilçilərimizdən Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenlə üz-üzə gələcək. Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalovla, Rauf Məmmədov isə çexiyalı David Navara ilə qarşılaşacaq. 

İsveçrə sistemiylə keçiriləcək turnir 9 turdan ibarət olacaq.

Shamkir Chess 2018, 1-ci tur

19 aprel
Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748)
Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778)
Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744)
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843)
David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704) 

Oxşar xəbərlər

Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq
“Shamkir Chess 2018” heç-heçələrlə başladı
Dünya şahmatının liderləri Şəmkirə toplaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər