“Shamkir Chess 2018” heç-heçələrlə başladı
Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2018" turnirinə start verilib.
Sportfm.az xəbər verir ki, azərbaycanlı şahmat azarkeşlərinin böyük ümid bəslədiyi qrossmeysterimiz Şəhriyar Məmmədyarov beşinci dəfə keçirilən turnirin ilk turunda norveçli dünya çempionu Maqnus Karlsenlə qarşılaşıb.
Ağ fiqurlarla mübarizə aparan Məmmədyarov rəqibi ilə sülh bağlayıb.
Digər təmsilçilərimiz - Teymur Rəcəbov bolqarıstanlı Veselin Topalov, Rauf Məmmədov isə çexiyalı David Navara ilə üz-üzə gəlib. Qara fiqurlarla oynayan Teymurla Rauf da bərabərliklə yadda qalıb.
Ümumiyyətlə, ilk turda baş tutan 5 görüşün hamısında qrossmeysterlər xalları yarı bölüblər.
"Shamkir Chess 2018"
19 aprel
I tur
Veselin Topalov (Bolqarıstan, 2749) - Teymur Rəcəbov (Azərbaycan, 2748) - 0,5:0,5
Aniş Giri (Hollandiya, 2777) - Sergey Karyakin (Rusiya, 2778) - 0,5:0,5
Dinq Liren (Çin, 2778) - Radoslav Voytaşek (Polşa, 2744) - 0,5:0,5
Şəhriyar Məmmədyarov (Azərbaycan, 2814) - Maqnus Karlsen (Norveç, 2843) - 0,5:0,5
David Navara (Çexiya, 2745) - Rauf Məmmədov (Azərbaycan, 2704) - 0,5:0,5
Qeyd edək ki, İsveçrə sistemi ilə keçiriləcək yarış 9 turdan ibarət olacaq.
Oxşar xəbərlər
Soyuq Skandinaviyadan gəlib, Şəmkirdə qalib oldu - FOTO
Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq
Rəcəbov Topalova, Məmmədyarov Karlsenə qarşı
Dünya şahmatının liderləri Şəmkirə toplaşacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası