reklam
İki azərbaycanlının duelində qalib müəyyənləşmədi
Sportfm.az xəbər saytı

İki azərbaycanlının duelində qalib müəyyənləşmədi


Azərbaycanın mərhum qrossmeysteri Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirində II turun görüşləri keçirilib.

Sportfm.az xəbər verir ki, bu turda da bütün qarşılaşmalar heçə-heçə yekunlaşıb.

Şəhriyar Məmmədyarov qara fiqurlarla polşalı Radoslav Voytaşeklə xalı yarı bölüb. Tərəflər 41-ci gedişdən sonra heç-heçəyə razılaşıblar. Azərbaycanın daha 2 təmsilçisi - Teymur Rəcəbov və Rauf Məmmədov arasındakı görüşdə də qalib müəyyənləşməyib - 0,5:0,5.

Digər görüşlərin nəticələri isə belədir:

Sergey Karyakin (Rusiya) - Dinq Liren (Çin) - 0,5:0,5

Maqnus Karlsen (Norveç) - David Navara (Çexiya) - 0,5:0,5

Veselin Topalov (Bolqarıstan) - Aniş Giri (Hollandiya) - 0,5:0,5

Qeyd edək ki, ilk turda bütün qarşılaşmalar heç-heçə ilə yekunlaşıb. Hazırda 10 iştirakçının hamısının aktivində 1 xal var.

Oxşar xəbərlər

Soyuq Skandinaviyadan gəlib, Şəmkirdə qalib oldu - FOTO
Azərbaycan şahmatçıları növbəti turda heç-heçə etdi
"ShamkirChess 2019": Məmmədyarov Karlsenlə qarşılaşacaq
"ShamkirChess 2018": Bu gün Şəhriyarla Teymur qarşılaşacaq
“Shamkir Chess 2018” heç-heçələrlə başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər