reklam
Məmmədyarov Qrişukla heç-heçəyə razı oldu
Sportfm.az xəbər saytı

Məmmədyarov Qrişukla heç-heçəyə razı oldu


Berlində şahmat tacına iddiaçıların turniri davam edir.

Sportfm.az xəbər verir ki, yarışın VII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla üz-üzə gəlib.

Son matçında ağ fiqurlarla Vladimir Kramnikə qalib gələn Məmmədyarov bu dəfə qara fiqurlarla oynayıb.

Tərəflər qarşılaşmanın 16-cı gedişində “sülh”ə razılaşıb. Bu, Şəhriyarın turnirdə 4-cü heç-heçəsidi.

7 oyundan sonra hesabında 4 xal olan Məmmədyarov, ABŞ təmsilçisi Fabiano Karuana ilə birgə 1-2-ci yerləri bölüşür. Karuana təmsilçimizdən bir görüş az keçirib.

Qrossmeysterimiz turnirdə növbəti oyununu sabah keçirəcək. O, ilk dövrədə məğlub etdiyi Rusiya təmsilçisi Sergey Karyakinlə qarşılaşacaq.

 

Oxşar xəbərlər

Onun üçün ya davam, ya tamam oyunu
Yeganə azərbaycanlı iki rusiyalıdan birini uddu
Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Qara fiqurlarla başlanğıc onun üçün uğurlu oldu
Məmmədyarov şahmat tacına iddiaçılar sırasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər