Qara fiqurlarla başlanğıc onun üçün uğurlu oldu
Almaniyanın paytaxtı Berlində şahmat üzrə İddiaçılar Turnirinə start verilib.
Sportfm.az xəbər verir ki, Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov ilk turda qara fiqurlarla rusiyalı Sergey Karyakinlə qarşılaşıb.
Görüş 72-ci gedişdə Məmmədyarovun qələbəsi ilə yekunlaşıb - 1:0.
Turun digər görüşləri belə nəticələnib:
Fabiano Karuana (ABŞ) - Uesli So (ABŞ) - 1:0
Levon Aronyan (Ermənistan) - Dinq Liren (Çin) - 0,5:0,5
Vladimir Kramnik (Rusiya) - Aleksandr Qrişuk (Rusiya) - 1:0.
İlk turdan sonra Şəhriyar Məmmədyarov Fabiano Karuana və Vladimir Kramniklə birgə turnir cədvəlinə başçılıq edir.
II turda Məmmədyarov ağ fiqurlarla Aronyanı sınağa çəkəcək. Bundan başqa Qrişuk - So, Lijen - Karuna və Kramnik - Karyakin görüşləri keçiriləcək.
Oxşar xəbərlər
Ağ fiqurlar Məmmədyarova qələbə gətirəcəkmi?
Yeganə azərbaycanlı iki rusiyalıdan birini uddu
Məmmədyarov xallarının sayını 3-ə çatdırdı
Şəhriyar erməni şahmatçı ilə mübarizəyə başlayır
Məmmədyarov şahmat tacına iddiaçılar sırasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası