Onun üçün ya davam, ya tamam oyunu
Almaniyanın paytaxtı Berlindəki şahmat üzrə iddiaçılar turniri davam edir.
Sportfm.az xəbər verir ki, bu gün XIII turun görüşləri keçiriləcək.
Azərbaycan təmsilçisi Şəhriyar Məmmədyarov rusiyalı Aleksandr Qrişukla qarşılaşacaq. "Şah" ağ fiqurlarlaoynayacaq. 12 turdan sonra hər iki qrossmeyster çinli Liren Dinqlə birgə 6,5 xalla 3 - 5-ci yerləri bölüşdürür.
Bu partiyada məğlub olacaq şahmatçı turnirin qalibi olma şanslarını itirəcək.
İddiaçılar turniri
XIII tur
Şəhriyar Məmmədyarov (2809, Azərbaycan) - Aleksandr Qrişuk (2767, Rusiya)
Uesli So (2799, ABŞ) - Sergey Karyakin (2763, Rusiya)
Fabiano Karuana (2784, ABŞ) - Levon Aronyan (2794, Ermənistan)
Liren Dinq (2769, Çin) - Vladimir Kramnik (2800, Rusiya)
Turnir cədvəli: Karuana, Karyakin - 7 xal; Məmmədyarov, Dinq, Qrişuk - 6,5; Kramnik - 5,5; So - 5; Aronyan - 4.
Oxşar xəbərlər
Yeganə azərbaycanlı iki rusiyalıdan birini uddu
Məmmədyarov xallarının sayını 3-ə çatdırdı
Qara fiqurlarla başlanğıc onun üçün uğurlu oldu
Şəhriyar erməni şahmatçı ilə mübarizəyə başlayır
Məmmədyarov şahmat tacına iddiaçılar sırasında
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası