reklam
Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə
Sportfm.az xəbər saytı

Şəhriyar Məmmədyarovdan növbəti heç-heçə


Berlində şahmat üzrə İddiaçılar Turnirinin dördüncü turunda Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ təmsilçisi Uesli So ilə qarşılaşıb.

Sportfm.az xəbər verir ki, rəqibinə qarşı ağ fiqurlarla oynayan şahmatçımız 30-cu gedişdə heç-heçəyə razılaşıb.

Turun digər oyunlarına gəlincə, ABŞ təmsilçisi Fabiano Karuana rusiyalı Vladimir Kramnikə, Ermənistan şahmatçısı Levon Aronyan digər Rusiya zəka sahibi Sergey Karyakinə qalib gəlib. Aleksandr Qrişuk (Rusiya) və Liren Dinq (Çin) isə xalları yarı bölüblər.

F.Karuana 3 xalla birinci pillədə qərarlaşıb. Hesabında 2,5 xal olan Ş.Məmmədyarov və V.Kramnik 2-3-cü yerləri bölüşürlər. L.Aronyan, L.Dinq və A.Qrişuk 2 xalla 4-6-cı pillədə qərarlaşıblar. S.Karyakin və U.So 2 xalla 7-8-ci yerdədirlər.

Oxşar xəbərlər

"Şah"ın taca əli çatmadı
İlk qələbəsini azərbaycanlı üzərində qazandı
Ağ fiqurlar Məmmədyarova qələbə gətirəcəkmi?
İddiaçılar turnirində iddiasız heç-heçə
Şəhriyar erməni şahmatçı ilə mübarizəyə başlayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər